AZ

"Fənərbaxça"dan sərt qərar -

"Fənərbaxça" bir sıra futbolçuları klubdan göndərə bilər. Metbuat.az xəbər verir ki, klub göndəriləcək bəzi futbolçuların adını müəyyən edib. İddialara görə, 7 futbolçu "Fənərbaxça”dan göndərilə bilər. Bildirilir ki, "Fənərbaxça" İrfan Can Kahveci, Cenk Tosun və Rodriqo Bekaodan klub tapmalarını tələb edib. Həmçinin, Sebastyan Şimanski, İrfan Can Eğribayat, Emre Mor, Arçi Braun və Yussef En-Nesyrinin klubdan göndəriləcəyi iddia edilir.

Qeyd edək ki, "Fənərbaxça"nın yeni futbolçuları transfer etmək istədiyi barədə xəbərlər dərc edilib.

Seçilən
55
6
metbuat.az

7Mənbələr