AZ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib

Bakı. Trend:

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqişəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin vəproqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətininmonitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarətzərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqişəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividendsiyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsiilə bağlı Fərman imzalayıb.

Trend xəbər verir ki, bubarədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinintəşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci iltarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilənqaydalar dövlət maliyyəsinin səmərəli idarəedilməsi, dövlətmüəssisələrinin büdcə planlaşdırılmasında və fəaliyyətindəşəffaflığının artırılması, dövlət müəssisələrində uçot vəhesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi qarşısında yaranabiləcək öhdəliklərin öncədən müəyyən edilməsi, habelə dövlətmüəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividendsiyasətinin müəyyən edilməsi məqsədi daşıyır.

Təsdiq edilən qaydalara əsasən, dövlət müəssisələrinin illik vəortamüddətli büdcə layihələri, proqnozları, eləcə də gəlir və xərcsmetalarının icra vəziyyəti sistemli şəkildə monitorinq ediləcək,icra göstəriciləri təhlil olunacaqdır. Həmçinin dövlət müəssisələritərəfindən dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 faizməbləğində dividend ödəniləcəkdir.

Dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyənedilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğunmaliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək, Nazirlikillik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habeləillik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqinihəyata keçirəcək və icra göstəricilərini təhlil edəcək, habeləaparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraqrübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək.

Sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrəmaliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrinidə 2026-cı il aprelin 30-dək Nazirliyə təqdim edəcəklər.

Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dənqüvvəyə minir.

Məqalədə:
Seçilən
84
50
az.trend.az

6Mənbələr