AZ

Qazlı suların müalicəvi təsiri var

Qazlı suları içməyi sevənlərlə yanaşı ondan iştahanı açmaq, həzm prosesini sürətləndirmək üçün istifadə edənlər də var.

Ancaq bu hal şəxsin  sağlamlığına ziyan vurur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qazlı suları seçərkən bir sıra məsələlərə fikir vermək lazımdır:

"Keyfiyyətsiz qazlı su içmək sümüklərdə qırılmağa meyillilik yarada bilər. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir, ifrat istifadə edilməsi isə mədə xorası ilə nəticələnir. Müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da ehtiyatla istifadə edilməsi məsləhətdir. Qazlı içkilərin tərkibindəki kofein xoş əhvali-ruhiyyəni artırsa da, çox keçmədən yorğunluğa, yuxusuzluğa və gərginliyə aparıb çıxarır. Qazlı suyun tərkibindəki kimyəvi maddələr orqanizm üçün ziyanlı sayılır".

Sevinc

Seçilən
0
5
hit.az

10Mənbələr