BMT-nin Baş katibi dünya liderlərinin pullarını necə xərcləməli olduqlarını izah etdi
RİA Novosti xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yeni il müraciətində dünya liderlərini müharibə aparmaqdansa, yoxsulluqla mübarizəyə daha çox sərmayə qoymağa və ciddi olmağa çağırıb.
Onun fikrincə, bu, daha təhlükəsiz bir dünya yaratmaq üçün edilməlidir.
"2026-cı ildə bütün ölkələrin liderlərini ciddi olmağa çağırıram. Ağrı əvəzinə insanları və planeti seçin", - deyə Quterreş bildirib.
O əlavə edib ki, yeni il yaxınlaşdıqca dünya xaos, qeyri-müəyyənlik, bölünmə, zorakılıq, iqlim fəlakəti və beynəlxalq hüququn sistematik şəkildə pozulması ilə əhatə olunmuş bir yol ayrıcındadır.
Quterreş səyləri birləşdirməyə çağırıb.
Daha əvvəl Papa Leo XIV Milad günündə "Şəhərə və dünyaya" (Urbi et Orbi) müraciətində bütün münaqişələrin sülh yolu ilə həllinə çağırıb.
Vatikan lideri Ukrayna və Rusiyanın beynəlxalq ictimaiyyətin dəstəyi ilə hörmətlə səmimi və birbaşa dialoqa girmək üçün cəsarət tapacağına ümid etdiyini bildirib. Yepiskop həmçinin Livan, Fələstin, İsrail və Suriyada ədalət, sülh və sabitliyə çağırıb.
aia.az
tərcümə şöbəsi