Şanlıurfada avtomobil kanala düşdü! Faciəvi xəbər: 3 uşaq həyatını itirdi
Şanlıurfanın Harran rayonunda suvarma kanalına çırpılan avtomobildə olan 3 uşağın cansız cəsədi sudan çıxarılıb, ata Halil Gündüzün (44) axtarışları isə davam edir. Sudan çıxarılan uşaqlardan 2-sinin Halil Gündüzün uşaqları, 1-nin isə qardaşı oğlu olduğu öyrənilib.
Əldə edilən məlumata görə, hadisə Şanlıurfanın Haran rayonundakı Buğdaytepe məhəlləsi yaxınlığında baş verib. İddiaya görə, məktəblərin bağlandığını öyrəndikdən sonra ata Halil Gündüz Şanlıurfa şəhər mərkəzindəki internat məktəbindən uşaqlarını və qardaşı oğullarını götürüb evə qayıtmaq istəyib. Gündüz evinə yaxınlaşarkən qar yağışı səbəbindən sürüşkən olan yolda nəqliyyat vasitəsinin idarəetməsini itirib. Avtomobil suvarma kanalına aşdıqdan sonra maşındakı iki nəfər təkbaşına xilas ola bilsə də, ata Halil Gündüz, oğlu Əli Gündüz, qardaşı oğlu Mustafa Gündüz və adı hələlik məlum olmayan başqa bir şəxs suya batmış vəziyyətdə maşından düşə bilməyib.
Hadisədən sonra əraziyə polis dalğıcları, UMKE (Milli Tibbi Xilasetmə Qrupu), yanğınsöndürmə şöbəsi, AFAD (Fövqəladə Hallar və Təcili Yardım İdarəsi) və jandarma qrupları göndərilib. Qruplar axtarışdan sonra avtomobili tapıblar. Sürücü avtomobilin içərisində tapılmasa da, avtomobil kran və iplərin köməyi ilə çıxarılıb, oğlu Əli Gündüzün və qardaşı oğulları Ömər Gündüzün və Mustafa Gündüzün cəsədləri isə tapılıb.
aia.az
Tərcümə şöbəsi