AZ

Amerikalı məşhur müğənni milyarderlərin siyahısınaDÜŞDÜ

Amerikalı məşhur müğənni Beyonse "Forbes" nəşrinin son siyahısında gəliri milyard dolları keçən beşinci musiqiçi olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, milyarderlərin siyahısında 22 sənət adamı var, onlardan beşi musiqiçidir. Bu şəxslərin arasında Beyonsedən başqa, onun əri olan məşhur reper Cey Zi, Bryus Sprinqstin, Rihanna və Teylor Svift də var. Beyonse yeni statusa 2024-cü ildə çıxan "Cowboy Carter" albomundan əldə olunan gəlirlər sayəsində nail olub.

44 yaşlı musiqiçi son iyirmi ildə ABŞ-nin ən populyar və nüfuzlu ifaçılarından biri hesab olunur. O, 200 milyondan çox albom satıb və 32 dəfə nüfuzlu "Qremmi" mükafatını qazanıb.

Seçilən
24
25
redaktor.az

10Mənbələr