AZ

Tarif Şurası istənilən vaxt toplanaraq bu qərarı verə bilər – İqtisadçı

Yanacaq qiymətlərinin artacağı gözlənilir, xüsusən 2026-cı ildə ən azı 10 qəpik bahalaşma proqnozlaşdırılır. Bunun əsas səbəbləri dünya bazarındakı vəziyyət, inflyasiya və subsidiya qaydalarındakı dəyişikliklər olacaq. Rusiyada qiymət artımı inflyasiya səviyyəsində (7.5% – 8%) gözlənilsə də, yerli bazarda topdansatış qiymətləri və tənzimləyici dəyişikliklər artıma təkan verə bilər. Bəs yanacağın qiymətinin artacağı ilə bağlı səslənən fikirlər nə dərəcədə realdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, yanacağın qiymət artımı bizdə iqtisadi kateqoriya deyil. Bu, Tarif Şurasının verəcəyi qərarla mümkün ola bilər.

“Hazırda yanacağın qiymətinin artması üçün heç bir əsas da yoxdur.

Dünya bazarında neftin qiyməti düşüb və hazırda bir barel üçün 62-63 dollardır. İndiki yanacaq qiymətləri müəyyən olunarkən neftin dünya bazarında qiyməti 88 dollar idi. Hazırda bu qiymət 62 dollardır. Deməli, yanacağın qiymətinin artırılması üçün heç bir əsas yoxdur. Lakin bu məsələdə inzibati qərarların rolu böyükdür. Tarif Şurası istənilən vaxt toplanaraq belə bir qərar verə bilər. Halbuki, bu addımın nə iqtisadi, nə də sosial əsaslandırması mövcuddur”, – deyə ekspert yekunlaşdırıb.

Seçilən
8
19
nocomment.az

10Mənbələr