AZ

"Fənərbağça"dan transfer bombası: Nkunku razılıq verdi

Türkiyənin "Fənərbağça" klubu transfer bazarında əzəli rəqibi "Qalatasaray"ı qabaqlamağı bacarıb.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Domeniko Tedeskonun müdaxiləsi ilə Kristofer Nkunku transferində ciddi irəliləyiş əldə olunub.

Keçmiş məşqçisinin dəvətinə müsbət cavab verən ulduz futbolçu üçün İstanbul klubu "Leypsiq"ə 35 milyon avroluq satınalma opsiyonu ilə icarə təklifi göndərib.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
53
fanat.az

1Mənbələr