AZ

Faiq Ağayev dilimizi korlayanları tənqid etdi

“İki azərbaycanlı görüşür, biri-birlərinə “abi”, “brat” deyirlər. "Qardaş" deyən yoxdur. İki hecalı sözdür. Aparıcıların çoxu da efirdə durub deyir ki, “evren” mənə müsbət enerji göndərir.  Axı dilimizdə gül kimi “kainat” sözü var. Bu söz niyə xoşunuza gəlmir?”

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Xalq artisti F.Ağayev doğum günü münasibətilə qonaq olduğu “İncə səhər” verilişində deyib.

İfaçı bildirib ki, bu cür ifadələrdən istifadə etmək doğru deyil:

“Bununla yanaşı deyirlər ki, mənə maraqlı film önərin. Bu nə ifadələrdir? Məsləhət görün, tövsiyyə edin sözlərindən niyə istifadə edirsiniz? Belə edəndə daha müasir görünürsünüz? Arada rusca, arada ərəbcə, arada fransızsa, hətta Osmanlı türkcəsi ilə danışırlar. Elə bilirlər ki, onda “yüksək sosyetə” nümayəndəsi olurlar”.

"Cebheinfo.az"

Seçilən
32
50
cebheinfo.az

10Mənbələr