AZ

Real ucuzlaşdı - İranı etirazlar bürüdü...


Realın dollar qarşısında kəskin ucuzlaşması Tehranda etirazlara səbəb olub. Tehranın bir neçə bazarında eyni vaxtda etiraz aksiyaları keçirilib.

Azad İran Telegram kanalının yerli mənbələrə istinadən yaydığı məlumata görə, aksiyalarda iştirak edənlər sosial-iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Təhlükəsizlik qüvvələri ərazidə mövqelərini gücləndirib və insanların toplaşmasının qarşısını almağa çalışıblar.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

İranda gərginliyin artması fonunda Tehrandan sonra Kərəc, İsfahan, Məşhəd və Şiraz şəhərlərində də mağaza sahibləri kütləvi etiraz aksiyalarına qoşulublar.

Etiraz aksiyalarının genişlənməsinə səbəb İranda dolların qiymətinin kəskin yüksəlməsi olub.

Məlumata görə, Kərəcdə polis qüvvələri aksiya keçirilən yerlərə basqın edərək dolların qiymətinin yüksəlməsinə kəskin etirazlarını bildirən sahibkarlara hücum ediblər.

Azad İran Telegram kanalı baş verənləri molla rejiminin növbəti represiya aktı kimi dəyərləndirib.

İradə SARIYEVA

Seçilən
13
2
baki-xeber.com

10Mənbələr