Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
İlin sonu dəyişikliklər üçün bir fürsətdir. Köhnə ili geridə qoymaq, yeni ilə daha balanslı və mənalı şəkildə daxil olmaq üçün bəzi vərdişlərdən imtina etmək tövsiyə olunur. Yeni ilin yaxınlaşması insanın onu geriyə çəkən, artıq faydasız olan davranış və düşüncə tərzlərindən imtina etməsi üçün əlverişli vaxt sayılır. Bu, daxili tarazlığı bərpa etməyə və yeni imkanlara yol açmağa kömək edə bilər.
Lent.az xəbər verir ki, astrologiya və numerologiya üzrə mütəxəssislərin fikrincə, hər bir doğum rəqəmi olan insanlar yeni ilə qədər müəyyən vərdişləri arxada qoymalıdırlar ki, gələcəyə daha şüurlu addım ata bilsinlər.
Qeyd edək ki, doğum rəqəmi doğum tarixindəki rəqəmlərin cəmi ilə hesablanır. Məsələn, ayın 15-də doğulan şəxsin doğum rəqəmi 1 + 5 = 6 hesab olunur.
Doğum rəqəmi 1 - Həddindən artıq nəzarət ehtiyacı
Bu rəqəmə sahib olan insanlar tez-tez liderlik rolunu üzərlərinə götürürlər. Lakin ötən il onlara hər şeyin nəzarətdə saxlanıla bilməyəcəyini göstərib. Mütəxəssislər münasibətlərə və hadisələrə həddindən artıq nəzarət etmək istəyindən imtina etməyi tövsiyə edirlər. Bu, həm komanda işini gücləndirir, həm də lazımsız stressi azaldır.
Doğum rəqəmi 2 – Emosional həddənartıq düşünmə
Həssas və intuisiya yönümlü olan bu insanlar tez-tez həm öz hisslərini, həm də başqalarının duyğularını olduğundan artıq analiz edirlər. Bu isə emosional yorğunluğa səbəb ola bilər. Yeni il ərəfəsində hər xırda detal üzərində dayanmaqdan vaz keçmək və daxili hisslərə daha çox güvənmək tövsiyə olunur.
Doğum rəqəmi 3 – Diqqətin dağılması
Ünsiyyətcil və yaradıcı olan bu insanlar eyni anda bir neçə ideya üzərində işləməyə meyllidirlər. Lakin bu, işlərin yarımçıq qalmasına səbəb olur. Numeroloqlar tamamlanmamış işləri geridə qoymağı və prioritetləri daha dəqiq müəyyənləşdirməyi məsləhət görürlər.
Doğum rəqəmi 4 – Həddindən artıq sərt planlama
Nizam-intizamlı və praqmatik olan bu insanlar qayda-qanun içində özlərini rahat hiss edirlər. Ancaq həddindən artıq sərtlik inkişafın qarşısını ala bilər. Artıq fayda verməyən vərdiş və düşüncələrdən imtina etmək vacibdir. Gələn ilin əsas dərsi çevik olmaq və dəyişikliklərə uyğunlaşmaqdır.
Doğum rəqəmi 5 – Tələsik qərarlar
Macərapərəst və azadlığı sevən bu insanlar bəzən nəticələri düşünmədən qərar verirlər. Bu xüsusilə maliyyə, səyahət və münasibətlərdə özünü göstərə bilər. Mütəxəssislər impulsiv davranışlardan uzaq durmağı və daha ölçülü-biçili yanaşma sərgiləməyi tövsiyə edirlər.
Doğum rəqəmi 6 – Həddindən artıq məsuliyyət
Bu rəqəmə sahib olan insanlar tez-tez başqalarının problemlərini öz üzərlərinə götürür, öz rifahlarını arxa plana atırlar. Yeni dövr isə sağlam sərhədlər qoymağı və özünə qayğı göstərməyi tələb edir. Bu, emosional tarazlıq və daxili məmnuniyyət yarada bilər.
Doğum rəqəmi 7 – Sosial təcrid
Dərin düşüncəli və daxilə qapanıq olan bu insanlar təkliyə üstünlük verə bilərlər. Özünü analiz etmək faydalı olsa da, həddindən artıq qapanıqlıq yeni imkanların qarşısını kəsə bilər. Daha açıq olmaq həm şəxsi, həm də peşəkar həyatda müsbət dəyişikliklərə yol aça bilər.
Doğum rəqəmi 8 – Uğursuzluq qorxusu
Ambisiyalı və məqsədyönlü olan bu insanlar uğura can atsalar da, daxildə uğursuzluq qorxusu daşıya bilərlər. Özünü daim tənqid etməkdən və mükəmməllik axtarışından imtina etmək tövsiyə olunur. Səhvləri təcrübə kimi qəbul etmək sabitlik və uğur gətirə bilər.
Doğum rəqəmi 9 – Keçmiş incikliklər
Mərhəmətli və güclü olan bu insanlar dərin emosional yaddaşa malikdirlər və keçmişdəki inciklikləri uzun müddət daşıya bilərlər. Keçmişi buraxmaq, özünü bağışlamaq və emosional yükdən azad olmaq yenilənmə və mənəvi inkişaf üçün imkan yaradır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.