AZ

Coşua qəzaya düşdü, iki nəfər öldü

Boks üzrə dünya çempionu Entoni Coşua Nigeriyada ölümlə nəticələnən yol qəzasında xəsarət alıb.

İdmanxeber.az-ın məlumatına görə, əfsanəvi döyüşçünün olduğu avtomobil  yük maşını ilə toqquşub. Qəza nəticəsində avtomobildə olan iki nəfər hadisə yerində həyatını itirib.

Bildirilib ki, Coşua yüngül xəsarətlər alıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Entoni Coşua Mayamidə Ceyk Pol üzərində qazandığı qələbədən sonra istirahət məqsədilə Nigeriyada olub.

Seçilən
15
22
idmanxeber.az

10Mənbələr