ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Aston Villa” bütün turnirlərdə qələbə seriyasını davam etdirir."Football-plus.az" xəbər verir ki, İngiltərə klubu artıq tarixinin 111 illik rekordunu yeniləyib. Unay Emerinin komandası buna premyer-liqamım 18-ci turunda “Çelsi”ni məğlub etməklə (2:1) nail olub. Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb.“Aston Villa” 1914-cü ildə ardıcıl 10 oyunda qələbə qazanmışdı. Komanda hazırda premyer-liqada 39 xalla 3-cü yeri tutur. Birmingemlilər lider “Arsenal”dan 3 xal geri qalırlar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.