Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Artan maliyyə çətinlikləri fonunda bir çox vətəndaşı narahat edən əsas suallardan biri də bank kreditlərinin müddətinin uzadılıb-uzadıla bilməməsidir. Xüsusilə, ödənişləri vaxtında həyata keçirməkdə çətinlik çəkən borcalanlar üçün bu məsələ aktual olaraq qalır. Bəs, kredit müddətinin uzadılması mümkün ola bilərmi?
Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit müddətinin uzadılması birtərəfli qaydada həyata keçirilə bilməz:
“Bu, qarşılıqlı razılaşma əsasında ola bilər. Yəni borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini açıqlasa və bank buna razılıq versə, kreditin müddəti uzadılacaq. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil”.

Ekspertin sözlərinə görə, belə hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Buna görə də kredit müddətinin uzadılması hər bir halda fərdi qaydada dəyərləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.