Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə - Qazax, Qazax - Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.