Ajans.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram. Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm. Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".