AZ

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib

Hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunan Zəfər Ramazanov, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilən Vüqar Məhərrəmov və Abşeron Rayon Məhkəməsinin hakimi təyin olunan Elvin Teymur-zadə Baş prokurorun birinci müavini Elçin Məmmədovla görüşüb.

XQ xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilir ki, tədbirdə çıxış edən Baş prokurorun birinci müavini hakim vəzifəsinə təyin edilmiş Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla bütün sferalarda onların fəal iştirakına geniş imkanlar yaradılmaqla onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştirakının təmin olunduğunu və bu istiqamətdə görülən tədbirlərin hazırda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində qazandıqlara nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri çıxış edərək onlara göstərilən yüksək etimada və diqqətə görə Prezident İlham Əliyevə, habelə prokurorluq orqanlarında formalaşmalarında və peşəkar inkişaflarında xüsusi rolu olan Baş prokuror Kamran Əliyevə və prokurorluğun rəhbər heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Onlar prokurorluq orqanlarında qazandıqları zəngin bilik və təcrübənin gələcək hakimlik fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, ədalətli və obyektiv məhkəmə qərarlarının qəbuluna mühüm töhfə verəcəyini vurğulayaraq, üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

Seçilən
25
50
xalqqazeti.az

10Mənbələr