Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
“Unikal” işdən çıxarılmasının səbəbini öyrənmək üçün E.İbrahimovla əlaqə saxlayıb.
O bildirib ki, hazırda danışa bilmir: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Uyğun vaxt olanda danışarıq. Sağ olun”, – deyə sabiq icra başçısı əlavə edib.