AZ

Umerov Vitkoffla danışıqlar prosesindəki növbəti addımları müzakirə etdi

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkovla gələcək əlaqələri və danışıqlar prosesindəki növbəti addımları müzakirə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Umerov Telegram -da məlumat verib .“Ukraynaya gedərkən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkovla söhbətimiz oldu . Ukrayna Prezidenti Vladimir Zelenski söhbətə qoşuldu. Əsas məsələ gələcək əlaqələri və növbəti addımları əlaqələndirməkdir. İş intensiv və məzmunlu şəkildə davam edir: əslində, biz hər gün məsləhətləşmələri və sənədlərdəki məqamların işlənməsini davam etdiririk”, - deyə Umerov bildirib.O, həmçinin qeyd edib ki, Ukrayna daim Avropa milli təhlükəsizlik müşavirləri ilə əlaqə saxlayır və onlarla yaxın gələcəkdə əlavə əlaqələr barədə razılığa gəliblər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
icma.az

10Mənbələr