Bakıda 105 nömrəli bağçada Yeni il tədbirində çəkilən görüntülər müzakirə doğurmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO
Görüntülərdə müəllimlərin bayram tədbirində yastıqla fiqura düzəldərək rəqs etdiyi əks olunmuşdu və qeyri-etik görüntünün uşaq bağçasında nümayiş edilməsi ciddi tənqid edilmişdi.
105 nömrəli uşaq bağçasından Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verilib.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunmuş tədbirə dair yayılmış görüntülərlə bağlı 105 nömrəli uşaq bağçası araşdırma aparır.
Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Bizim.Media