AZ

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

Fransa klubu "Nitsa" baş məşqçisi Frank Ezlə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
 

Klub rəhbərliyi komandanı Klod Puelə həvalə edib. Bu, təcrübəli mütəxəssisin "Nitsa"ya ikinci gəlişidir. O, daha əvvəl 2012-2016-cı illərdə də komandanı çalışdırıb.


Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlində 13-cü pillədə qərarlaşan "qartallar" yeni məşqçi ilə vəziyyəti düzəltməyə çalışacaq. Komanda növbəti oyununu yanvarın 3-də doğma meydanda "Strasbur"a qarşı keçirəcək.

Bizim.Media

Seçilən
32
25
bizim.media

4Mənbələr