AZ

“Apasport”un baş redaktoru ilin jurnalisti seçilib

ain.az, Apasport saytına istinadən bildirir.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2025-ci ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.

Apasport.az xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.

Qaliblər arasında “Apasport”un baş redaktoru Rasim Sultanzadə də var. Rasim Sultanzadə idman saytları üzrə ilin jurnalisti seçilib.

2025-ci ilin idman laureatları

İlin idmançısı

Kişilər

Sübhan Mamedov (boks)

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Tofiq Əliyev (gimnast)

Qadınlar

Günay Qurbanova (güləş)

Südabə Ağayeva (cüdo)

Aynur Mikayılova (boks)

İlin klubu – “Sabah” basketbol klubu

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda

İlin federasiyası – Azərbaycan Boks Federasiyası

İlin informasiya agentliyi – AZƏRTAC

İlin televiziya kanalı – İdman TV

İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi

İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)

İlin hakimi – Fuad Aslanov (boks)

İlin jurnalisti

İdman saytları üzrə – Rasim Sultanzadə (APASport.az)

İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)

Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)

Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)

Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)

İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)

İlin fotoreportyoru – Dilavər Nəcəfov

İlin saytı

İdman saytları üzrə – futbolinfo.az

İctimai-siyasi saytlar üzrə – qaynarinfo.az.

16 turda 16 böyükhesablı nəticə qeydə alınıb

“Napoli”dən inamlı qələbə

Belaruslu qolkiper Premyer Liqada rekorda imza atıb

“Botafoqo” “Qarabağ”ın futbolçusundan imtina etdi - SON DƏQİQƏ

“Sabah” kollektivi uşaq sığınacağında - FOTO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
20
apasport.az

10Mənbələr