AZ

“Yeni öhdəliklərin qəbulunun dayandırılması o deməkdir ki, şirkət artıq sığorta müqaviləsi bağlaya bilməz”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) "AtaSığorta" ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8 255 720 manatdır. Şirkət 2024-cü ili 377 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 60,1 % və yaxud 2,5 dəfə azdır. Bu qərar “Atasığorta”nın bağlanmağa hazırlaşdığına işarədirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, ya şirkət bağlanacaq, ya da əlavə vəsait cəlb edəcəklər.

Əkrəm Həsənov

“Əlbəttə, belə bir göstərişin verilməsi onu göstərir ki, “AtaSığorta” Mərkəzi Bankın sığorta şirkətləri üçün müəyyən etdiyi, o cümlədən qanundan irəli gələn tələblərə əməl etmir. Bu həm də maliyyə göstəriciləri - nizamnamə kapitalı və digər tələblərlə bağlıdır. Faktiki olaraq, qeyd edildiyi kimi yeni öhdəliklərin qəbulunun dayandırılması o deməkdir ki, şirkət artıq sığorta müqaviləsi bağlaya bilməz. Sığorta müqaviləsi özü bir öhdəlik sayıldığı üçün bu halda şirkətin fəaliyyəti tam dayanmış olur.

Bu vəziyyətdə iki mümkün yoldan biridir: ya şirkət bağlanacaq, ya da sahibləri bu problemi aradan qaldırmaq üçün əlavə vəsait cəlb edəcəklər. Təsəvvür edin mətbuata deyirlər ki, sən mətbuat fəaliyyəti ilə məşğul ola bilməyəcəksən. Deməli, ya bağlanmalı, ya da onun sahibləri bu qeyd olunan problemləri aradan qaldırmalıdır. Böyük ehtimalla, sahiblər əlavə kapital qoymalıdırlar. Əgər bunu edə bilməsələr, şirkət bağlanacaq. Amma Mərkəzi Bank bu qərarı verərək hələ ki, şirkətə vaxt qazandırır. Görünür, qurum düşünür ki, sahiblərin vəziyyəti düzəltmək şansı var və bu imkanı onlara vermək lazımdır”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
137
3
icma.az

10Mənbələr