AZ

“OBA” marketlər şəbəkəsindən “Həmrəy olaq” xeyriyyə layihəsi

“OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə 31 dekabr – Yeni il və Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Həmrəy olaq” adlı genişmiqyaslı xeyriyyə və korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

Bir neçə günü əhatə edən layihənin əsas məqsədi sosial həssas qruplara dəstək olmaq, uşaqların bayram sevincinə töhfə vermək, eyni zamanda həmrəylik və paylaşma dəyərlərini təşviq etmək olub.

Layihə çərçivəsində “OBA” marketlər şəbəkəsinin baş ofisində xeyriyyə-satış yarmarkası təşkil edilib. Yarmarkada “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında yaşayan azyaşlıların öz əlləri ilə hazırladıqları əl işləri, eləcə də OBA-nın müxtəlif struktur əməkdaşlarının bişirdiyi təamlar və əl işləri satışa çıxarılıb.

Layihəyə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti və Şirkətlər Qrupuna daxil olan biznes strukturları da aktiv şəkildə qoşulub. Tədbirdə iştirak edən qonaqlar və əməkdaşlar körpə fidanların sevincinə şərik olaraq həmrəyliyin real nümunəsini nümayiş etdiriblər. Xeyriyyə-satış yarmarkası çərçivəsində “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə arasında görüş keçirilib.

Seçilən
11
25
publika.az

10Mənbələr