Bakı. Trend:
2008-ci il maliyyə böhranından sonrakı dövrdə qlobal bərpaprosesindən bəri misin qiyməti ən böyük artımı nümayiş etdirib.Dekabr ayında misin qiyməti bir ton üçün 12.000 ABŞ dollarından çoxartıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bərpa olunan enerji sektorunun əsasxammalı olan mis metali son 15 ildən çox müddətdə rekord illikartıma doğru irəliləyir.
Belə ki, mis bu il ərzində 35%-dən çox bahalaşıb. Bu, ABŞ-ıntarif siyasətindəki qeyri-müəyyənliklər və bəzi ölkələrdə baş verənmədən fəlakətlərinin tədarükə təsir göstərə biləcəyi narahatlıqlarıilə əlaqələndirilir. Analitiklər qeyd edirlər ki, investorlardolların dəyərinin azalması riskinə qarşı qorunmaq üçün qızıl vəgümüşlə yanaşı, misə də "təhlükəsiz liman" kimi müraciətedirlər.
Dünyanın ən böyük mis istehsalçısı olan Çin isə tədarüktəhlükəsizliyini prioritet elan edərək qiymətlərin daha daartmasına təkan verib.