AZ

Üzeyir Hacıbəylinin ölməz Arşın mal alan operettasının tamaşası keçirildi FOTO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi. Bir əsrdən artıqdır ki  Azərbaycanın müxtəlif teatrlarında bu əsər səhnələşdirilir və müvəffəqiyyətlə ifa olunur.

Tamaşada əsas rolları Əsgər - Fəhmin Əhmədli, Soltan bəy - Əməkdar artist Cahangir Qurbanov,  Süleyman - Əməkdar artist Tural Ağasıyev, Telli - Xalq artisti Gülyaz Məmmədova,  Gülçöhrə - Günel Hacıyeva, Asya - Aysel İbrahimova, Cahan xala - Xalq artisti Gülüstan Əliyeva, Vəli obrazını isə Sadiq Məlikov ifa ediblər. 

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri - Xalq artisti Mədinə Əliyevadır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
5
news.milli.az

7Mənbələr