ABŞ 2025-ci ildə Tramp administrasiyasının xarici yardımı əhəmiyyətli dərəcədə azaltmasından sonra BMT-nin rəhbərlik etdiyi humanitar yardıma 2 milyard dollar ayıracağını bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə " Reuters" ABŞ Dövlət Departamentinin nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb.
Nəşrdə vəsaitin necə bölüşdürüləcəyi və ABŞ-ın əlavə maliyyə öhdəliklərini götürüb-götürməyəcəyi barədə ətraflı məlumat verilmir.
BMT-nin məlumatları göstərir ki, ABŞ-ın 2025-ci ildə BMT-yə verdiyi ümumi humanitar yardım təxminən 3,38 milyard dollara və ya qlobal ümumi məbləğin təxminən 14,8%-nə düşüb. Bu, əvvəlki ildəki 14,1 milyard dollardan və 2022-ci ildəki 17,2 milyard dollarlıq pik həddən kəskin şəkildə aşağıdır.
Dekabrın əvvəlində BMT risk altında olan 87 milyon insana çatmaq üçün 2026-cı il üçün 23 milyard dollarlıq yardım elan etmişdi. Bu məbləğ BMT-nin 2025-ci ildə ehtiyac duyduğu 47 milyard dolların yarısı qədərdir.
Aytən Yaşar/ Turkustan.az