AZ

ABŞ BMT-nin humanitar yardım fondlarına rekord həddə ianə edib



ABŞ hökuməti BMT-nin Humanitar İşlər üzrə Koordinasiya İdarəsi (OCHA) tərəfindən idarə olunan humanitar fondlara rekord həddə, 2 milyard dollar ianə edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletçer məlumat verib.

Tom Fletçer, "Dünyadakı humanitar səylərimizə misli görünməmiş 2 milyard dollarlıq töhfəyə görə ABŞ-a minnətdarlığımı bildirmək istəyirəm",-deyə vurğulayıb.

Fletçer bunu "milyonlarla insanın həyatını xilas edəcək Prezident Donald Trampın cəsarətli və iddialı liderlik hərəkəti" adlandırıb.

Baş katibin müavini vurğulayıb ki, ölkə fondlarını dəstəkləməklə, ABŞ qlobal humanitar təşkilatın yenidən qurulmasına əhəmiyyətli töhfə verir. Fletçer əlavə edib ki, BMT öz növbəsində bürokratiyanı azaltmaq, funksiyaların təkrarlanmasını aradan qaldırmaq və prioritetləri müəyyən etmək kimi islahatlar həyata keçirmək niyyətindədir.

Cavid
Seçilən
17
11
newscenter.az

10Mənbələr