Bal təbii tərkibi və zəngin qida dəyəri ilə sağlamlıq üçün faydalı qidalar sırasında yer alır.
Pravda.az bildirir ki, tərkibində təbii şəkərlər, vitaminlər, minerallar, amin turşuları və antioksidantlar olan bal orqanizmə enerji verir və immun sistemini dəstəkləyir.
Qədim dövrlərdən bəri istifadə edilən bal xüsusilə mikrob əleyhinə və iltihab azaldıcı təsiri ilə tanınır.
Mütəqeyd edirlər ki, balın müntəzəm istifadəsi həzm sisteminin fəaliyyətini yaxşılaşdıra, boğaz ağrısı və öskürəyin yüngülləşməsinə kömək edə bilər.
Antioksidant tərkibi sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur və ürək-damar sağlamlığının qorunmasında rol oynayır.
Səhər acqarına bal yemək bir çox insan tərəfindən faydalı vərdiş kimi qiymətləndirilir. Acqarına qəbul edildikdə bal orqanizm tərəfindən daha tez mənimsənilir, günə enerjili başlamağa kömək edir və həzm sistemini stimullaşdıra bilər. Eyni zamanda maddələr mübadiləsinin sürətlənməsinə də müsbət təsir göstərə bilər.
Bununla yanaşı, balın şəkər tərkibi yüksək olduğundan normadan artıq istehlak edilməməsi tövsiyə olunur. Xüsusilə şəkərli diabet xəstələri baldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Əminə Bayramova