AZ

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Üçüncü ölkələrin vətəndaşları Almaniyaya gələ bilmək üçün daha tez-tez saxta yollarla viza əldə etməyə çalışırlar.

Avtosfer.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr yazır ki, son illərdə Federal polis dələduzluq yolu ilə viza alanların sayında ciddi artım qeydə alıb. Bu yola əl atanlar əksər hallarda “Almaniyadan sığınacaq almaq istəyirlər”. Araşdırma zamanı onların ölkələrində təqib edilmədikləri, saxta yollarla sənəd aldıqları üzə çıxıb. 2025-ci ilin ilk 10 ayında 5569 nəfərin şübhəli yolla viza əldə etdiyi aşkar olunub.

Viza dələduzluğuna ən çox Türkiyə (634 hal), Azərbaycan (526), İran (462), Suriya (275) və Əfqanıstan (212) vətəndaşları əl atırlar.

Nəşrin məlumatına görə, Almaniya bu məsələdə yeganə Şengen zonası ölkəsi deyil. Oxşar tendensiya Fransa, İtaliya və Yunanıstanda da müşahidə olunur.

Vüqar

Seçilən
3
50
avtosfer.az

10Mənbələr