AZ

Dövlətin mediaya ardıcıl qayğısı » AzadMedia.az



Azərbaycanda onlayn və çap media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət dəstəyi ardıcıl şəkildə davam etdirilir. Bu siyasətin bariz nümunələrindən biri Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilən növbəti müsabiqənin nəticələrinin açıqlanmasıdır.
MEDİA-dan verilən məlumata görə, müsabiqə onlayn və çap media subyektlərinin institusional inkişafına dəstək göstərilməsi, redaksiyaların maliyyə dayanıqlığının möhkəmləndirilməsi, eyni zamanda dövlət və cəmiyyət üçün strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədi daşıyır. Qalib layihələr media sektorunda keyfiyyətin yüksəldilməsinə, peşəkarlığın artırılmasına və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir.
Xüsusilə qeyd olunmalıdır ki, dövlət siyasətində çap mediasının qorunması və yaşadılması xüsusi yer tutur. Rəqəmsallaşma dövründə bir sıra ölkələrdə çap mətbuatının sıradan çıxmasına baxmayaraq, Azərbaycanda bu sahəyə məqsədyönlü maliyyə və institusional dəstək göstərilir. MEDİA xətti ilə keçirilən müsabiqələrdə çap mediasının ayrıca nəzərə alınması, qəzet və jurnalların fəaliyyətinin davamlılığının təmin edilməsi bu yanaşmanın tərkib hissəsidir.
Bu kontekstdə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis edilən yubiley medalı da dövlətin mediaya, xüsusən də çap mətbuatına verdiyi yüksək dəyərin rəmzi ifadəsidir. Sözügedən medal uzun illər mətbuat sahəsində çalışan, jurnalistikanın inkişafına töhfə verən, milli informasiya məkanının formalaşmasında mühüm rol oynayan media nümayəndələrinin əməyinə verilən siyasi və mənəvi qiymət kimi dəyərləndirilir.
Ekspertlərin fikrincə, yubiley medalı təkcə fərdi jurnalist əməyinin qiymətləndirilməsi deyil, eyni zamanda çap və onlayn medianın cəmiyyət üçün əvəzolunmaz rolunun dövlət səviyyəsində təsdiqidir. Bu addım media cameəsində motivasiyanı artırmaqla yanaşı, jurnalistikanın klassik dəyərlərinin qorunmasına da xidmət edir.
Ümumilikdə, MEDİA tərəfindən elan edilən müsabiqə nəticələri, maliyyə dəstəyi mexanizmləri və 150 illik yubiley medalının təqdim olunması bir daha göstərir ki, Azərbaycan dövləti azad, peşəkar və dayanıqlı medianın formalaşmasını milli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi görür. Bu siyasət informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, ictimai etimadın artırılmasına və sağlam media mühitinin davamlılığına zəmin yaradır.
Elnurə
Seçilən
1
24
azadmedia.az

10Mənbələr