Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.




Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Bərdə rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayon 106 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qalib Xalqın Qalib Lideri: Prezident İlham Əliyevin Zəfər Strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Cəlil Əliyev, məktəbin müəllimi Gülşən Qurbanova, təsərrüfat müdiri Sücaət Səfərov və digər çıxış edənlər bildiriblər ki, 2003-cü ilin prezident seçkiləri Azərbaycan tarixində mühüm siyasi hadisə olmaqla xalqımızın müdrik və tarixi seçimini bir daha nümayiş etdirdi. Azərbaycan xalqı bu seçimlə ölkəyə milli qurtuluş və davamlı inkişaf bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini təsdiqlədi.
Qeyd olunub ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində ölkəmizin hərtərəfli inkişafı, iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi dayanır. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev dövlətimizin qarşısında duran ən mühüm strateji vəzifəni uğurla yerinə yetirərək tarixi Zəfərə imza atdı. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağın erməni separatizmindən tam xilas olunması Prezident İlham Əliyevin rəhbərliyinin ən böyük nailiyyətlərindəndir.
Vurğulanıb ki, həm Vətən müharibəsində, həm də antiterror tədbirləri nəticəsində qazanılan zəfərlər təkcə müasir müstəqillik tariximizin deyil, son bir neçə əsrlik tariximizin ən möhtəşəm uğurları sırasındadır. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində artıq Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Çıxışlarda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyinin növbəti qürurverici təzahürü olduğu xüsusi qeyd edilib.
Tədbir çərçivəsində gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərə qarşı mütəmadi maarifləndirmə işlərinin aparılmasının vacibliyi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallığı ilə seçilən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.