ain.az, Bakupost saytına istinadən bildirir.
Rusiyanın Yekaterinburq şəhərində uzun illər Azərbaycan diasporunun da istifadə etdiyi, məşhur görüş yeri kimi tanınan "Kaspiy" kafesinin məcburi söküntüsünə başlanılıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ictimai fəal Dmitri Çukreyev sosial media hesabında məlumat verib.
Məlumata görə, kafenin sahibi Akif Səfərov "azərbaycanlıların işi" ilə bağlı həbs edilib.
Obyektin söküntüsü şəhər administrasiyasının qərarına əsasən podratçı tərəfindən həyata keçirilir. İşlərin bayram günlərində də davam etdirilməsi planlaşdırılır.
"Bayram ərəfəsində Yekaterinburq administrasiyası qanunsuz tikililəri sökməyə davam edir. Bu dəfə söhbət "Kaspiy" adlı tikilidən gedir. Bu kafe qəsdən adam öldürməyə cəhd işində təqsirləndirilən şəxslərdən birinə məxsus idi. Hazırda bu tikilinin sökülməsi işləri aparılır. Podratçı artıq işə başlayıb. "Kaspiy"in fasadını sökür və qapı-pəncərələrini çıxarırlar", - deyə Çukreyev bildirib.
O bildirib ki, kafe uzun müddətdir bağlıdır. Söküntü polis əməkdaşlarının iştirakı ilə aparılır.
Xatırladaq ki, iyunun 28-də Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda bir sıra qətllərdə iştirak edən bir qrupun ələ keçdiyini bildirib. Bundan sonra şəhər məhkəməsi Akif Səfərov və digər yeddi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.