ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İran Mərkəzi Bankında dövlətin iqtisadi komandasının üzvlərinin təcili iclası keçirilib.
KONKRET.az İran mediasına istinadən xəbər verir ki, iclasın keçirilməsi ilə bağlı göstərişi prezident Məsud Pezeşkian verib.
Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mustafa Qomrivəfa bildirib ki, iclasda ölkənin pul vahidi, ticari, iqtisadi və məişət məsələləri müzakirə edilir və hal hazırda davam edir.
Qeyd edək ki, İranın pul vahidi olan rial dollara qarşı kəskin şəkildə dəyər itirməkdə davam edir.
Məsələyə etiraz olaraq paytaxt Tehranda sahibkarlar etiraz aksiyası keçirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.