AZ

Qocalar evində faciə: yanğında 16 nəfər ölüb

ndoneziyanın Şimali Sulavesi əyalətində yerləşən qocalar evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə nəticəsində azı 16 nəfər həyatını itirib.

Editor.az xəbər verir ki, yanğın bazar günü axşam saatlarında Manado şəhərində yerləşən, bir mərtəbəli qocalar evində sakinlər yatarkən başlayıb. Alovun qısa müddətdə bütün binaya yayılması vəziyyəti daha da ağırlaşdırıb.

Hadisə şahidlərinin tüstünü vaxtında fark etməsi nəticəsində dərhal xilasedici qruplara məlumat verilib. Yanğın zamanı ətrafda olan şəxslər və müəssisə əməkdaşları alovun içində qalan yaşlı sakinləri xilas etməyə cəhd ediblər. Buna baxmayaraq, yanğının sürətlə yayılması bir çox insanın xilas olunmasına imkan verməyib.

Polisin sözçüsü Alamsyah Hasibuan bildirib ki, hazırkı məlumata görə, 16 nəfərin öldüyü təsdiqlənib. Onun sözlərinə görə, ölənlərdən 15-i yanıq xəsarətləri nəticəsində həyatını itirib, bir nəfərin cəsədi isə xəsarətsiz vəziyyətdə aşkar edilib.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Yanğının dəqiq səbəbi hələlik açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
8
editor.az

3Mənbələr