AZ

Azərbaycanda kredit kartları azalır: Müsbət trend, yoxsa risk?

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kredit kartlarının sayı azalıb.

Bakıvaxtı.az xəbər verir ki. bununla bağlı məlumat Mərkəzi Bankının açıqladığı statistikasında yer alıb.

Qeyd olunub ki, kredit kartlarının sayı iyuldakı 2 milyon 223 min ədəddən avqust ayında 2 milyon 123 minə qədər azalıb. Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 282 min ədəd olub. Bu, aylıq ifadədə 4.5 faiz, illik ifadədə isə 7 faiz azalma deməkdir.

Kredit kartlarına marağın azalmasının səbəbi nədir? Kredit kartlarına tələbatın çox, yoxsa az olması arzuolunandır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, kredit kartlarına marağın azalmaının müsbət və mənfi təsirləri var:

"Kredit kartlarının sayının azalması bir tərəfdən müsbət haldır. Bu o deməkdir ki, vətəndaşlar öz xərclərinə nəzarət tətbiq edirlər və qənaət büdcəsinə keçid edirlər. Yəni, gəlirlərini daha çox reala yönləndirirlər. Bu hal ailə planlaması baxımından olduqca müsbət hadisədir”.

Onun sözlərinə görə, digər tərəfdən, bu proses növbəti ildə də davam edərsə, banklar üçün çox böyük maliyyə problemləri yaranacaq. Nəticədə banklar öz məhsullarının satışında çətinlik çəkəcəklər. Bu isə bankların inkişafının qarşısını alacaq. Halbuki bank sektoru ölkə iqtisadiyyatının vacib elementlərindən biridir və bank sektorunun üzləşdiyi problem iqtisadiyyata mənfi təsir edəcək.

V.Orucun fikrincə, idarə olunan xərclər problemli kreditlərin azalmasına yol açır. Çünki problemli kreditlər daha çox əldə olunan kartlarla bağlı idi.

"Kredit kartlarından imtina olunmasının səbəblərindən biri yeni dövr üçün bir sıra limitlərin müəyyən olunması və faiz dərəcələrinin artırılmasıdır. Kredit kartlarının optimal həddə olması və ondan istifadənin nəzarətli mexanizmlə tətbiqi əsas məsələdir. Bu elə bir hadisədir ki, kredit kartlarının həddindən artıq çox olması böyük fəsadlara yol aça bilər. Kredit kartlarının sayının həddindən artıq az olması isə iqtisadi sistemin inkişafı üçün problem yarada bilər. Kredit kartlarının sayı orta həddə saxlanılmalıdır ki, vətəndaşlar onlara verilən bu imkandan yararlana bilsinlər", - deyə müsahibimiz əlavə edib.

Vüqar Oruc: Təəssüf ki, ölkəmizdə kredit katlarından daha çox istehlak krediti kimi istifadə olunur

İqtisadçı hesab edir ki, kredit kartlarına marağın azalmasının bir səbəbi də vətəndaşların yaxın gələcəkdə yarana biləcək iqtisadi problem ehtimalı fonunda öz büdcələrini əlavə yüklərdən təmizləmək ola bilər:

"Təəssüf ki, ölkəmizdə kredit katlarından daha çox istehlak krediti kimi istifadə olunur. Halbuki kredit kartlarından maliyyə vəsaiti kimi istifadə olunması arzuolunandır. Bu vəziyyətin qarşısını almaq üçün daha çox nağdsız ödənişlər təşviq oluna bilər". 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
50
bakivaxti.az

10Mənbələr