ain.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
Çobanyastığı (romaşka) qan şəkərinin səviyyəsini 60% azaldır
Medicina.az xəbər verir ki, diyetoloq İqor Strokov çobanyastığının təsirinin inandırıcı və sübut olunduğunu bildirib.
Çobanyastığı (Asteraceae ailəsinə aid bir bitki) uzun müddətdir ənənəvi tibbdə istifadə olunur.
Heyvan və insan tədqiqatlarına əsaslanaraq çobanyastığının metabolik markerlərə və diabet ağırlaşmalarına təsirinin icmalı dərc olunub.
"Heyvan tədqiqatları qlikemik nəzarətin (qan şəkəri) və qlükoza dözümsüzlüyünün müxtəlif ölçülərində zamanla davam edən irəliləyişlər göstərib. Diabetli siçovullarda qan şəkəri səviyyəsindəki irəliləyişlər 14 faizdən 59 faizə qədər dəyişib”.
İcmalda yer alan başqa bir araşdırmada, 2-ci tip diabetli 64 xəstə səkkiz həftə ərzində gündə üç stəkan çobanyastığı çayı (3 q/150 ml isti su) və ya plasebo qəbul edib.
Çobanyastığı çayı qrupunda HbA1c-də (əvvəlki 8-12 həftə ərzində orta qan şəkəri səviyyəsi), insulin səviyyələrində və insulin müqavimətində əhəmiyyətli dərəcədə azalma, eləcə də plasebo qrupu ilə müqayisədə qan şəkəri səviyyəsində 11 faiz azalma nümayiş etdirib.
Aygün Musayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.