AZ

Fiziki tərbiyə fənni üzrə sertifikasiyanın MÖVZULARI

Məlum olduğu kimi, gələn il Fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. 

AzEdu.az xəbər verir ki, Fiziki tərbiyə müəllimləri üçün sertifikatlaşdırmanın test mərhələsində fiziki tərbiyə üzrə sual sayı aşağıdakı nisbətdə olacaq:

➢ İnformasiya təminatı və nəzəri biliklər 30

➢ Hərəki qabiliyyətlər 20

Ümumilikdə 60, fənn üzrə 50, Metodika və pedaqogika üzrə isə 10 sual salınacaq.

Məzmun sahələri üzrə mövzular bunlardır:

İnformasiya təminatı və nəzəri biliklər

 1.1. Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası

➢ Fənnin məqsəd və vəzifələri

➢ Fəndə olan əsas anlayışlar

➢ Fiziki tərbiyənin əsas vasitələri

➢ Fiziki tərbiyənin formaları

Fiziki tərbiyə dərsinin təşkili və keçirilməsi:

➢ Dərs zamanı təhlükəsizliyin təmin edilməsi

 ➢ Fiziki tərbiyə dərslərində istifadə olunan resurslar və onların təyinatı

 ➢ Fiziki tərbiyə dərslərində istifadə olunan metodlar və onların xüsusiyyətləri

 ➢ Dərs zamanı müəllim və şagird fəaliyyəti

Sağlamlıq:

 ➢ Sağlamlıq və onun səviyyələri

➢ Sağlamlıq və onun möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti

➢ Fiziki hərəkətlərin orqanizmə təsiri

➢ Fiziki hərəkətlərin gigiyenası

➢ Gün rejimləri

 ➢ Qidalanma, qida elementlərinin orqanizm üçün əsas funksiyaları ➢ Orqanizmin möhkəmləndirmə vasitələri

 

 

Fiziki tərbiyə fənni üzrə qiymətləndirmə:

 ➢ Diaqnostik qiymətləndirmə

 ➢ Fiziki inkişaf

➢ Funksional inkişaf

➢ KSQ və BSQ zamanı istifadə olunan hərəkətlər

Olimpiya hərəkatı:

➢ Beynəlxalq olimpiya hərəkatı

 ➢ Azərbaycan olimpiya hərəkatı

İdman növləri, tarixi və oyun qaydaları:

 ➢ Atletika

➢ Gimnastika

 ➢ Basketbol

➢ 3x3 basketbolu

➢ Voleybol

➢ Həndbol

 ➢ Futbol

➢ Futzal

➢ Badminton

➢ Şahmat

Sıra hərəkətləri:

➢ Sıralar və onların idarə olunması

 ➢ Komandalar

➢ Yerində dönmələr

➢ Hərəkət (addımlama və ya qaçış)

İlk yardımın göstərilməsi:

➢ Fiziki tərbiyə dərsində baş verə biləcək hallar zamanı ilk yardım

 ➢ Zədələnmələr zamanı ilk yardım

➢ Qanaxmalar zamanı ilk yardım

 ➢ Sınıqlar zamanı ilk yardım

➢ Çıxıqlar zamanı ilk yardım

Hərəki qabiliyyətlər:

Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi

➢ Hərəki qabiliyyətlər, tərkib komponentləri, verilmiş hərəkətlərin hərəki qabiliyyət və komponenti ilə uyğunluğu

➢ Sürət qabiliyyəti

➢ Sürət-güc qabiliyyəti

➢ Əyilgənlik qabiliyyəti

➢ Qüvvə qabiliyyəti

➢ Çeviklik qabiliyyəti

➢ Dözümlülük qabiliyyəti

Seçilən
13
50
azedu.az

10Mənbələr