AZ

Bu il sülh dəbdə idi....

Olay.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə “Ağ ev”də qurulan sülhün təməli təkcə siyasi arenaya deyil, eyni zamanda mədəniyyətimizə də ilham  oldu.

Bu ilin ən yadda qalan hadisələri sırasına barışıqlar imza atdı. Belə ki, qalmaqaldan çox bir-biri ilə barışan məşhurlar, sülhə imza atan simalar diqqət çəkdi.

Bir sözlə bu il həqiqətən həmrək olduq, necə deyərlər, sülh dəbdə idi.

İlə damğa vuran barışıqlar siyahısında birinci yeri Xalq artistləri Röya Ayxanla Aygün Kazımovanın birgə görüntülənməsi, bir-biri ilə bağlı açıqlama verməkləri yer aldı. Əslində iki sənətçi də küsülü olmasa da, onların bu münasibəti gün işığına çıxarması hər kəsi sevindirdi.

R. Ayxan illərdir küsülü olduğu müğənni Elnur Məmmədovla da barışdı. Onlar məclislərin birində bir araya gələrək, birgə fotolar çəkdirdi.

Xalq artisti Ağadadaş Ağayev 2024-cü ildə gündəmi sensasiyalı bir hadisə ilə zəbt etmişdi. Lakin 2025-in ilk günlərində hadisənin digər qəhrəmanı olan mühafizəçi ilə barışdı.

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova da küsülüklərinə son qoydu.

Bu il uzun zamandır qalmaqallı olan müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova da barışıq əldə etdi. Şəbnəm üçün digər əlamətdar hadisə ilə doğma atası ilə barışması oldu.

Aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova da bir neçə ildir davam edən problemlərini sonlandırdı.

Bundan başqa, ilin sonuna doğru müğənnilər Nura Suri ilə Roza Zərgərli də bir-birinə barışıq əli uzatdı. Belə ki, Nura küsülü olduğu Rozanın uğurlarına sevindiyini yazaraq ona dəstək oldu. Roza isə həmkarının bu jestinə biganə yanaşmadı.

Dünya ulduzları Madonna ilə Elton Con da 20 illik küsülülüyü bitirdi.

Müğənni İbrahim Tatlıseslə rəqqasə Asena da 22 illik küsülülüyə son qoydu. Asena Tatlısesin verilişində qonaq oldu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
50
olay.az

10Mənbələr