AZ

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BARIŞIĞIN FÖVQÜNDƏ:Ticarət regionda sistem transformasiyasının göstəricisi kimi

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov - Partsxaladze Levan Canqveladzenin sifarişlə qətlə yetirilməsi işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində axtarış elan ediləcək.

 

Senzor.az "Sputnik Gürcüstan"a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin apardığı genişmiqyaslı istintaq tədbirləri nəticəsində Levan Canqveladzenin qətli ilə bağlı cinayət işi tam şəkildə açılıb.

 

İstintaqla müəyyən edilib ki, biznes fəaliyyəti ilə bağlı yaranmış münaqişə zəminində formalaşan cinayətkar qrupun lideri məhz Otar Partsxaladze olub. Onun göstərişi ilə David və Giorgi Mikadze qardaşları qətlin təşkili prosesində iştirak edib, onlar isə öz növbəsində Giorgi Jokhadze vasitəsilə keçmiş cangüdən Gela Udzilaurini icraçı qismində cəlb ediblər.

 

Məlumata görə, cinayətkar qrup Levan Canqveladzenin Gürcüstana gəliş vaxtı və marşrutu barədə əvvəlcədən məlumat əldə edib. 14 mart 2025-ci ildə Tbilisinin Çavçavadze prospektində Gela Udzilauri sifarişlə Levan Canqveladzeni odlu silahla qətlə yetirib, onun yoldaşını isə yaralayıb.

 

Qeyd olunur ki, qətlin birbaşa icraçısı Gela Udzilauri hadisədən qısa müddət sonra saxlanılıb və 24 oktyabr 2025-ci ildə məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

 

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin bir qismi barəsində Tbilisi Şəhər Məhkəməsində məhkəmə baxışı davam edir.

 

Prokurorluğun qərarına əsasən, Otar Romanov-Partsxaladze Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu maddəsinin müvafiq bəndləri ilə - sifarişli qətlin təşkili ittihamı üzrə məsuliyyətə cəlb olunur. Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

 

Aleksandre Daraxvelidzenin sözlərinə görə, qanunla müəyyən edilmiş müddət ərzində Otar Partsxaladzeyə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcək və barəsində beynəlxalq axtarış elan olunacaq.

Seçilən
8
50
senzor.az

10Mənbələr