AZ

YAP Laçın rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatında görüş keçirilib -Fotolar



Dekabrın 29-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatında görüş keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov, rayon ziyalısı Sabir Mirzəyev və başqaları çıxış ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək vurğulayıblar ki, Prezident İlham Əliyevin tərəqqiyə və Zəfərə hədəflənmiş məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, müasir ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycan bütün cəbhələrdə — hərb meydanında, beynəlxalq informasiya platformalarında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin — ərazi bütövlüyünün və mütləq suverenliyin bərpasına nail olmuşdur. Bu, xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının və xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlara əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətlərini əməllərində gerçəkləşdirən Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün müəyyən etdiyi xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. Münaqişəyə “dəmir yumruq”la son qoyan, iki əsrlik problemi həll edən Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru dirçəldir, bu əraziləri yenidən cənnətə çevirir.

Tədbirin sonunda bir qrup partiya fəalı fəxri fərman, həmçinin partiya veteranları fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər.



Seçilən
8
50
aia.az

10Mənbələr