AZ

Rusiyanın atəşkəs şərti – Dmitri Peskov açıqladı

Kremlin sözçüsü Dmitri Peskov prezidentin köməkçisi Yuri Uşakovun Ukraynanın hərbi əməliyyatlara son qoymaq üçün Donbasla bağlı “cəsarətli və məsuliyyətli qərar” verməli olduğu barədə açıqlamasına münasibət bildirib.

Peskov izah edib ki, burada söhbət Ukrayna Silahlı Qüvvələrinin Donbas sərhədlərindən a çıxarılmasından gedir: “Əlbəttə. Bu, rejimin silahlı qüvvələrinin Donbasdan inzibati sərhədlərdən kənara çıxarılması deməkdir”, – deyə Rusiya prezidentinin sözçüsü təsdiqləyib.

Bunun Xerson və Zaporojye bölgələrinə də aid olub-olmadığı soruşulduqda, Kremlin sözçüsü “konkret müddəaların ictimai müzakirəsində iştirak etməyəcəyini” bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
8
editor.az

10Mənbələr