AZ

Polis Xəzər rayonunda pirotexniki vasitələrin səyyar satışını təşkil edən şəxsi saxladı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 26 yaşlı M.Əlizadə saxlanılıb.

BAKU.WS-in məlumatına görə, onun avtomobilinin yük yerindən külli miqdarda səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

O, avtomobilində səyyar şəkildə pirotexniki vasitələrin satışını həyata keçirib.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Tədbirlər davam etdirilir.

Seçilən
17
50
far.az

10Mənbələr