"Olimpiakos"dan ayrılan Seyben Li yenidən Türkiyəyə qayıdıb.
Offsideplus.az xəbər verir ki, "Anadolu Efes" 26 yaşlı basketbolçunu heyətinə cəlb edib. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
S. Li ötən mövsümü "Manisa" klubunda keçirmişdi.
ABŞ-li oyun qurucu 2020-ci ildə 38-ci sıradan draft edilib. O, NBA-də 134 oyun keçirib.