AZ

“Frankfurt oyunu Qarabağın pley-off şansı və Liverpul matçına hazırlığı üçün həlledicidir” - ŞƏRH EDİLDİ

"UEFA Çempionlar Liqasında qrup mərhələsinin bu cür həlledici oyunları komandaların həm mövsüm strategiyasını, həm də psixoloji durumunu müəyyənləşdirir. "Qarabağ" üçün "Ayntraxt Frankfurt"la ev oyunu sadəcə üç xal mübarizəsi deyil, eyni zamanda komandanın Avropa ambisiyalarının göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, bu görüşdə qələbə pley-off şanslarını real saxlamaqla yanaşı, növbəti mərhələdə "Liverpul" kimi top-kluba qarşı oyuna tam fərqli psixoloji fon yarada bilər: "Taktiki baxımdan Almaniya klubuna qarşı balanslı və intizamlı oyun daha effektiv görünür. "Ayntraxt Frankfurt" sürətli keçidləri və fiziki gücü ilə seçilən komandadır. Bu səbəbdən "Qarabağ"ın mərkəz zonada sıxlıq yaratması, topa nəzarəti mümkün qədər özündə saxlaması və sürətli əks-hücumlar üzərindən oynamağı vacibdir. Ev meydanı faktoru burada xüsusi rol oynayır və erkən qol komandanın oyun planını xeyrinə dəyişə bilər. Bu oyunun nəticəsi "Liverpul"la qarşıdakı görüşə də birbaşa təsir göstərəcək. Qələbə futbolçularda özünəinamı artıracaq, taktiki intizamın formalaşmasına kömək edəcək və məşqçi heyətinə daha çevik oyun planı qurmaq imkanı verəcək. Əksinə, mənfi nəticə komandanı daha müdafiə yönümlü və ehtiyatlı strategiyaya sövq edə bilər. "Qarabağ"ın son illərdə Avropada qazandığı təcrübə bu cür təzyiqli oyunlarda öz sözünü deməyə imkan verir. Əsas məsələ taktiki səhvlərin minimuma endirilməsi, psixoloji sabitliyin qorunması və oyunun tempinə düzgün nəzarətdir. Bu amillər bir araya gəldikdə, komanda həm "Frankfurt" səddini aşa, həm də "Liverpul" matçına daha hazırlıqlı çıxa bilər.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
4
2
sia.az

4Mənbələr