AZ

Universitetlərdə gender bərabərliyi ilə bağlı fənn tədris ediləcək

Bakı. Trend:

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiqixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi iləbağlı fənlər və ya mövzular daxil ediləcək.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilətəsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi vəqadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün MilliFəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, gender bərabərliyi ilə bağlı məsələləri özündəehtiva edən seçmə fənlərin məzmununun müəyyən olunması, təhsilproqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmişseçmə fənlərə aid tədris proqramlarının və dərsliklərinhazırlanması və təhsil proqramlarına gender bərabərliyinin tədrisiilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraqmonitorinqi və qiymətləndirməsi planlaşdırılır.

Seçilən
44
7
az.trend.az

10Mənbələr