AZ

"Putin və Tramp Milad atəşkəsini müzakirə etməyiblər" - Kreml

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-li həmkarı Donald Tramp arasında baş tutan telefon danışığı zamanı Rusiya və Ukrayna arasında 7 yanvarda Milad atəşkəsinin elan edilməsi məsələsi gündəmə gətirilməyib.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml mümkün sülh planının ayrı-ayrı bəndləri ilə bağlı ictimai şərh verməyi məqsədəuyğun hesab etmir. O, Donbasda azad iqtisadi zonanın yaradılması və Zaporojye AES-in birgə idarə olunması ilə bağlı təkliflərə dair sualları da şərhsiz saxlayıb.

Qeyd edək ki, dekabrın 28-də Donald Tramp Vladimir Putinlə telefonla danışıb və söhbəti “məhsuldar” adlandırıb. Həmin gün ABŞ və Ukrayna Prezidentləri Floridada Kiyevin hazırladığı 20 maddəlik sülh planını müzakirə ediblər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
44
6
missiya.az

10Mənbələr