AZ

Binəqədidə ev yandı – Ölən və xəsarət alan var

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfərə isə yerində tibbi xidmət göstərilib.

Seçilən
29
16
heftelik.az

10Mənbələr