AZ

Prezident gender bərabərliyi üzrə Milli Fəaliyyət Planını təsdiq edib


“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 - 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Planının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Seçilən
29
50
yeniavaz.com

10Mənbələr