AZ

Tramp: “Rusiyanın Avropadakı aktivləri ilə bağlı qərar hələ verilməyib”

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bunların heç biri hələ qərarlaşdırılmayıb"

“Avropa liderləri Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə barədə hələ qərar verməyiblər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən əvvəl deyib.

"Bunların heç biri hələ qərarlaşdırılmayıb", - Tramp vurğulayıb.

“Politico" əvvəllər dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi üçün müsadirə edilməsi ilə bağlı razılığa gəlmək cəhdinin uğursuzluğundan sonra Avropa Komissiyasında ümidsizlik hökm sürdüyünü yazmışdı.

 9 dekabrda Avropa Şurasının prezidenti António Kosta Aİ ölkələrinin 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro dəstək ayırmaq barədə razılığa gəldiyini təsdiqləyib.

“Euroclear” Aİ-nin Ukraynaya kredit üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməmək qərarını alqışlayıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya Qərbin onun dondurulmuş aktivlərini ələ keçirməsinə “sərt və eyni şəkildə” cavab verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
50
ayna.az

10Mənbələr